Rusiyanı sarsıdan görüntülər: Kurskda min əsgər girov düşdü
Rusiyanın Kursk bölgəsində toqquşmalar davam edir.
BEY.AZ xəbər verir ki, bəzi mənbələr Ukrayna ordusunun Rusiya sərhədlərinin içinə doğru daha 1-2 kilometr irəlilədiyini yazır. Bundan əvvəlki məlumatlarda Ukrayna ordusunun sərhədin 12 kilometr içərisinə daxil olduğu barədə məlumatlar yayılmışdı. Xarici KİV-lərin iddiasına görə, Ukrayna ordusu minə qədər rus əsgərini girov götürüb. Ələ keçirilən ərazilərdə Ukrayna bayrağı ucaldılıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb. Xatırladaq ki, Ukrayna ordusu bir həftə əvvəl Kurska hücum edib. Toqquşmalar zamanı mülki şəxslər arasında da itkilər var.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |