fbpx

Rusiyanın “Ağdərə gedişi” nəyə hesablanıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya MN-nin “Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyib, əvvəlki mövqelərə qaytarılması üçün iş aparılır” açıqlaması, ardınca separatçıların “Azərbaycan Ordusu əvvəlki mövqelərinə qaytarıldı” məlumatı manipulyasiyaya bənzəyir: ruslara bölgəyə “nəzarət etdiklərini” nümayiş etdirmək üçün nümunələr lazımdır;

Bu, həm də Qarabağdakı erməni əhalisinə hesablanıb. Fərrux məsələsi ilə erməni əhali arasında Rusiyanın “təhlükəsizliyin qarantı” imici zədələnib və onların bölgədən getmək istəklərini artırıb. Paşinyanın son açıqlamalarının ermənilərin getmək istəyinə xüsusilə təsir edəcəyi gözlənilir. Belə bir məqamda Rusiya prosesin nəzarətdən çıxmasına qarşı informasiya üzərindən “güc nümayişi” sərgiləyir. Fərruxdan sonra Rusiya MN-nin demək olar ki, hər gün “Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb” açıqlaması da bundan qaynaqlanır.

Araik Arutyunyanın “yeni təhlükəsizlik sistemi rus sülhməramlıları ilə əməkdaşlıq çərçivəsində formalaşır, sülhməramlıların sayı artırılmalıdır” kimi açıqlamalarına da vəziyyəti nəzarətdə saxlamaq cəhdi kimi baxa bilərik.

Mövcud situasiya fonunda Bakının miqyasından asılı olmayaraq, istənilən həmləsi erməni əhalisinin əhval-ruhiyyəsinə və separatçıların, eləcə də rus sülhməramlıların vəziyyətə nəzarət imkanlarına təsir edə bilər.

Asif Nərimanlı / Analitik





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin