Rusiyanın Aralıq dənizindəki son qalası üsyançıların əlinə keçə bilər
Rusiyanın Suriyaya necə dəstək verəcəyi müzakirələrdən sonra bəlli olacaq.
BEY.AZ xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Rusiyanın Dəməşq rəhbərliyinə yardımının həcmi Suriyadakı vəziyyətdən asılı olacaq.
Peskov, “Hazırda Suriyada baş verənləri yaxından izləyirik. Suriyadakı dostlarımızla, Dəməşqlə daimi dialoqdayıq. Müxalifətin irəliləyişinə qarşı tələb olunan dəstəyin həcmi müəyyən ediləcək.Vəziyyətin qiymətləndirilməsi əsasında Suriya hakimiyyətinin yaraqlılarla mübarizə və bu təhlükəni aradan qaldırmaq üçün nə dərəcədə köməyə ehtiyacı olduğunu birlikdə qərar verəcəyik” – deyə bildirib.
Qeyd edək ki, Rusiyanın Suriyaya dəstəyi həm Əsəd rejiminin gələcəyi, həm də regionda beynəlxalq güc balansı üçün böyük əhəmiyyət kəsb edir. Rusiyanın Aralıq dənizindəki yeganə hərbi-dəniz bazası olan Tartus, Həmanın üsyançıların nəzarətinə keçəcəyi təqdirdə müxalifətin açıq hədəfinə çevrilə bilər.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |