fbpx

Rusiyanın hərbi texnikası bu tarixdə tükənəcək

Rüya Yorumları burda


Rusiya hərbi istehsalı artırmağa davam edir və istehsal tempi ən azı 2 il azalmayacaq.

BEY.AZ xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb. Bildirilir ki, Rusiya 2022-ci ildən bəri müdafiə sənayesi bazasının imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Analitiklər silah və texnikanın tükənməsinin gələcək Rusiya hərbi istehsalına ciddi təsir göstərməyəcəyini proqnozlaşdırırlar.

Analitiklərin fikrincə, 2022-ci ilin son rübü ilə 2024-cü ilin ikinci rübü arasında Rusiya istehsalı bu qədər artırıb:

tanklar – 215%, 123-dən 387-yə qədər;

zirehli texnika – 141%, 585-dən 1409-a qədər;

Rüya tabirlerini burdan oku

artilleriya qurğuları – 149%, 45-dən 112-yə qədər;

qısa mənzilli hava hücumundan müdafiə sistemləri – 200%, 9-dan 38-ə qədər;

orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri – 100%, 6-dan 12-yə qədər.

Kiel İnstitutu Rusiyanın zirehli maşın istehsalının 2026-cı ildən başlayaraq azalacağını təxmin edib, çünki Rusiya Sovet dövründən qalma ehtiyatları istifadə edir. Rusiya böyük ehtimalla 2026-cı ildən sonra ildə 350 müasir tank istehsal edəcək.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu