Rusiyanın Qara dəniz donanmasının məhv edilməsi planı: Ukraynaya dəhşətli raketlər verilib
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-ın Rusiyanın Qara dənizdəki donanmasını məhv etmək üçün planları var.
Metbuat.az xəbər verir ki, bu barədə diplomatik mənbələr “Guardian”a danışıblar. İddia edilib ki, son həftələrdə Qara dənizdə rus gəmilərinin sıradan çıxması bu planın hissəsidir. Bildirilir ki, ABŞ bu məqsədlə Ukraynaya “Harpoon” və “Naval Strike” adlı gəmi əleyhinə raketlər verib. Ukrayna Rusiyanın Qara dənizdəki qüvvələrini sıradan çıxararaq, dəniz tərəfdən mühasirəni qırmaq istəyir. İddia edilir ki, Rusiyanın əsas planı Ukraynanın Qara dənizlə əlaqəsini tamamilə kəsməkdir. ABŞ isə bu planı iflasa uğratmaq istəyir.
Qeyd edək ki, hələ ötən ay Ukraynanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anton Geraşçenko sosial mediada oxşar mesajlar yazmış, lakin ardınca paylaşımlarını silmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.