Rusiyanın Rostov-na-Donu şəhərində nə baş verib?
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın Rostov-na-Donu şəhərində partlayış səsi eşidilib.
Metbuat.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 10:30 radələrində Rostov-na-Donun şimal və qərb hissələrində, eləcə də mərkəzdə güclü səs eşidilib. Bir neçə yerdə həyəcan siqnalları işə düşüb.
Hadisədən sonra eşidilən yüksək səslərin təyyarə səsi olması ilə bağlı açıqlamalar verilib. Şəhərin qubernator Vasili Qolubev teleqram kanalında bildirib ki, Rostov və onun ətrafının müxtəlif yerlərində eşidilən yüksək səslər barədə araşdırmalar başlayıb.
“Bizdə olan məlumata görə, hərbçilər təyyarənin yüksək sürətli səslə keçməsi barədə məlumat veriblər”,- deyə Qolubev əhalini sakit qalmağa çağırıb.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyindən edilən açıqlamada Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatı ilə Moskva vilayətinə hücuma cəhd edildiyi barədə xəbərlər yayılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyanın #RostovnaDonu #şəhərində #nə #baş #verib