fbpx

Rusiyanın təlim keçmiş delfinləri Hərbi Dəniz Bazasını qoruyur FOTOLAR

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevral ayında Rusiya Sevastopol liman bazasına xüsusi hərbi təlim keçirilmiş delfinlər köçürüb.

Metbuat.az “USNI News” nəşrinə istinadla xəbər verir ki, Rusiya Ukraynaya hücumu zamanı Qara dənizdəki Hərbi Dəniz bazasına təlim keçmiş delfinlər yerləşdirib. Peykdən çəkilən görüntülərə əsasən qeyd olunur ki, delfinlər oraya fevral ayında Ukraynanın işğalı zamanı köçürülüb.

Ukraynanın isə Sevastopola qarşı hər hansı sualtı əməliyyatı planlaşdırıb-planlaşdırmadığı bəlli deyil. Lakin dəniz analitikləri delfinləri dalğıclara qarşı effektiv müdafiə vasitəsi hesab edirlər.

Qeyd edək ki, Rusiyanın dəniz məməlilərinə təlim keçmək və onları hərbi məqsdəqlər üçün istifadə etmək tarixi var. Soyuq Müharibə illərində Sovet Donanması Qara dənizdə delfin təlimi də daxil olmaqla bir sıra dəniz məməliləri proqramı hazırlayıb. Bu bölmə Sevastopol yaxınlığındakı Kazaçya Buxtada yerləşirdi və hələ də oradadır. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə bu birlik Ukrayna ordusunun nəzarətinə keçib. Onu işlək vəziyyətdə saxlamaq cəhdləri olsa da, demək olar ki, bu cəhdlər uğursuz olub. Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi ilə bu bölmə Rusiya Hərbi Dəniz Qüvvələrinin nəzarətinə keçib. Sonradan dəniz məməliləri proqramları genişləndirildi və əməliyyat xidmətinə qaytarııb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin