fbpx

Rusiyanın valyuta ehtiyyatları tükənir: Kremlin ümidi Çin bazarınadır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rusiya hazırda Çinə il boyu 4.5 milyard dollar dəyərində qaz sata bilir. Kremlin Çinə uzanan qaz boru xəttini genişləndirmək üçün ən azı 30 milyard dollar yatırım qoyması lazımdır. İndiki sanksiyalar rejimində Rusiyanın valyuta ehtiyatı tükənə bilər”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspert düşünür ki, Kremlin ümidi Çin bazarınadır. Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə nəql etməyi planlaşdırır. Ancaq hazırki rəqəmlər Kreml üçün ümidverici deyil.

5 prinsip, Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi…-

Rüya tabirlerini burdan oku

“Çinin illik qaza olan tələbatı 340 milyard kubametrdir. Çinin iqtisadiyyatı artdığından 2025-ci il üçün qaza olan tələbatı 450 milyard kibametrə çata bilər. Ancaq Pekin qaz idxalında bir dövlətdən asılı olmaq istəmir. Rusiya Çinə qazın nəqlində sadəcə üçüncü sırada qərar tutub. Çin qazı Mərkəzi Asiya ölkələrindən də idxal edir. Rusiyalı ekspertlər Çinin Rusiya üçün Avropa bazarını əvəz edəcəyi məsələsində optimist deyillər. Rusiya 2021-ci il ərzində Avropa ölkələrinə 155 milyard kubametr qaz nəql etmişdi. Bu həcmin tamamını Çinə yönəltmək praktik baxımdan mümkün deyil”.

Rusiyanın “Qazprom” şirkəti 2025-ci il üçün Çinə qaz nəqlini 50 milyard kubametrə çatdırmaq istəyir. Bu məqsədlə iki ölkəni birləşdirən “Sibirin gücü” boru xəttindən istifadə ediləcək. Elxan Şahinoğlu hesab edir ki, bu boru xəttinin imkanları məhduddur. Ona görə də Rusiya sürətlə “Sibirin gücü – 2” boru xəttinin tikintisini bitirməyə çalışır. Ancaq boru xəttin Sibirdəki zəngin qaz yataqlarına uzadılmalıdır.

“Müxtəlif hesablamalara görə 1400 kilometrlik boru xətti çəkilməlidir. Bunu isə ən yaxşı halda 2027-ci il üçün bitirmək olar. Digər tərəfdən yeni boru xəttinin tikintisinə əlavə təxminən 14 milyard dollar xərclənməlidir. Beləliklə, Rusiya Avropa bazarından imtina etsə də, ən azı 5 il ərzində bu bazarı əvəz edəcək məkan tapa bilməyəcək. Bu o deməkdir ki, Rusiyanın 5 il ərzində qaz satışından gəlirləri və büdcəni doldurmaq üçün resurslar azalacaq”.

Qeyd edək ki, Rusiya Avropa ölkələrinə qaz nəqlini azaldıb. Brüssel Avropa Birliyi ölkələrini xəbərdar edib ki, ümumiyyətlə bu qış Rusiyadan qaz almaya bilərlər. Moskva özü də Avropaya qaz ixracını dayandırmağa hazırlaşır. Avropa alternativ bazarlar axtarır. Brüsselin Bakı ilə imzaladığı enerji sazişi də bununla bağlıdır.

Gülbəniz Hüseynli

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu