fbpx

Rusiyaya ABŞ-dən təzyiqlər qəbuledilməzdir – Peskov



ABŞ hakimiyyətinin təkcə Rusiyaya deyil, həm də onun vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar və məhdudlaşdırıcı tədbirlər Rusiyanın maraqlarını boğmaq cəhdidir.

BEY.AZ xəbər verir ki, bu sözləri prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Moskva onları qətiyyətlə pisləyir:

“Vaşinqton Rusiyaya, Rusiya vətəndaşlarına təzyiq göstərməyə davam edir. Hətta Rusiya mediasına da təzyiqlər davam edir. Biz bu xətti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edirik. Amma biz mövcud olduğumuz reallığın fərqindəyik. Biz isə öz maraqlarımıza uyğun hərəkət edirik”.

Qeyd edək ki, sentyabrın 5-də ABŞ Ədliyyə Departamenti altı Rusiya vətəndaşını Ukrayna və NATO ölkələrinin resurslarına kiberhücumlar etmək üçün sui-qəsddə ittiham edib . Həmin gün departament Dmitri Simes və onun həyat yoldaşı Anastasiyanı sanksiyaları pozmaqda ittiham edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin