Rusiyaya ABŞ-dan DOLLAR QADAĞASI
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ Prezidenti Co Bayden Rusiyaya ABŞ dolları əskinaslarının ixracını, satışını və tədarükünü qadağan edən sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Ev əlavə edib ki, yeni fərman gələcəkdə Rusiya iqtisadiyyatının istənilən sektoruna investisiya qoyuluşuna məhdudiyyətlər qoymağa imkan verəcək.
Sənədin bəndlərindən biri ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarının fiziki/hüquqi şəxsləri tərəfindən, harada olmasından asılı olmayaraq ABŞ dollarının Rusiya hökumətinə və ya Rusiyada yerləşən hər hansı fiziki / hüquqi şəxsə birbaşa və ya dolayı yolla ixracına, təkrar ixracına, satışına və ya tədarükünə qadağa qoyulması haqqındadır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.