fbpx

Rusiyaya göndərilən pomidor və çiyələyin geri qaytarılmasının səbəbi açıqlandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, AQTA-dan daxil olan məlumatda bildirilir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.

Qeyd olunub ki, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub: “Məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq məhsullar iyulun 24-də yenidən Rusiyaya ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiyaya ixracı həyata keçiriləcək”.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyaya #göndərilən #pomidor #və #çiyələyin #geri #qaytarılmasının #səbəbi #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu