fbpx

Ruslan Auşev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BEY.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, çoxdan gözlənilən tarixi ədalətin bərqərar olması münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu mühüm siyasi hadisənin məhz Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi və Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizin 20 illiyinin tamam olduğu ildə baş verməsi həqiqətən böyük rəmzi məna kəsb edir.

Siz ən mürəkkəb və çətin məsələlərin həll edilməsi, sözünüzlə əməlinizin üst-üstə düşməsi, Vətənə, xalqa və onun tarixinə dərin məhəbbətinizlə müasir siyasətçilərin bir çoxu üçün nümunəvi siyasi xadimsiniz.

Uca Yaradan bundan sonra da Sizə yar olsun, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi nəsib etsin!”

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ruslan #Auşev #İlham #Əliyevə #təbrik #məktubu #ünvanlayıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin