Ruslar Atom Elektrik Stansiyasını ələ keçirdi: “Avropanın sonu ola bilər”
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya ordusu Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Bildirilir ki, ötən gecə baş verən toqquşmalardan sonra Ukrayna qüvvələri geri çəkilib.
Qeyd edək ki, rusların Zaporojye AES-i atəşə tutması nəticəsində yanğın baş vermişdi. Bir müddət sonra yanğın söndürüldü. Prezident Vladimir Zelenski Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyenin bilərəkdən atəşə tutulduğunu açıqlamışdı. “Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Burada partlayış Avropanın sonu ola bilər” – deyə Ukrayna lideri bildirmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.