Ruslar Xarkovda azərbaycanlı tələbəni öldürdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.
Metbuat.az xəbər verir ki, bu barədə hazırda Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.
S. Adgəzəlli deyib ki, K. Məmmədov qardaşı oğlunun tələbə olduğunu bildirib. Hazırda atışma olduğundan küçədən meyiti götürmək mümkün deyil.
Hadisə yarım saat əvvəl baş verib.
Qeyd edək ki, son məlumatlara görə, Rusiya qoşunları Xarkova daxil olub, şəhərdə qızğın döyüşlər gedir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.