Rusların ponton keçidi DARMADAĞIN EDİLDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Qostomel yaxınlığındakı Kiyev vilayətində Rusiya ordusu ponton keçidi tikmək qərarına gəlib. Lakin Ukrayna hərbçiləri tez bir zamanda onu darmadağın ediblər. Rus zirehli texnikası irəli gedə biləyib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
Onlar həmçinin rusların yanmış maşınlarının fotolarını dərc ediblər.
“Bizim kazaklar onları bir az qızarddılar. Millətə şöhrət olsun”, – deyə ukraynalı müdafiəçilər yazıb.
Xatırladaq ki, Kiyev istiqamətində şiddətli döyüşlər davam edir. Rusiya ordusu itki verir, lakin irəliləməyə davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.