Rustavini ələ keçirdik, yaxın vaxtlarda…
BEY.AZ informasiya agentliyi xəbər verir
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı növbəti məhkəmə iclası baş tutub.
Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, məhkəmə iclasına qatılan sabiq prezident bir sıra məsələlərə diqqət çəkib.
O qeyd edib ki, ölkənin böyük şəhərlərindən olan Rustavi şəhər bələdiyyə məclisi artıq müxalifətin nəzarətindədir və bu proses digər şəhərləri də əhatə edəcək:
“Gürcüstandakı siyasi proseslər mənim buraya gəlməyimdən sonra təmamilə dəyişdi. Heç vaxt önəmli olmayan yerli seçkilər bu dəfə önəm qazandı. Üç gün əvvəl böyük şəhərlərdən biri olan Rustavini ələ keçirdik. Yaxın vaxtlarda Batumini, Zuqdidini də ələ keçirəcəyik. Bu o deməkdir ki, ölkədə siyasi proseslər başlayıb və mübarizənin bir mənası var. Mənim hansı müddət ərzində həbsdə qalmağım isə sizdən aslıdır”. /axar.az/
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.