fbpx

Rüsumlar artırıldı, xidmətin keyfiyyəti də artacaqmı?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. Yeni qanunla, Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib.

Son günlər taksidə keyfiyyətin artırılmasına istiqamətlənmiş dəyişikliklərlə əlaqədar Metbuat.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, rüsumların artırılması taksidə keyfiyyəti yüksəldə bilər:

“Uzun müddətdir ki, vətəndaşlar taksidə olan keyfiyyətsiz və təhlükəli xidmətdən narazılıq edirdilər. Artıq qanunlarda müəyyən dəyişiklik edildi, məhdudiyyətlər tətbiq ediləcək. Son günlər paralel olaraq taksi xidmətində qiymətlərin yüksəlməsini müşahidə edirik. Heç bir iqtisadi əsası olmasa da, artıq az məsafələrdə belə taksi qiymətləri yüksəlib. Amma qiymətin yüksəlməsi hələ ki, keyfiyyətə təsir etməyib. Qeyd edim ki, Nazirlər Kabinetinin reqlamentinə görə, taksi fəaliyyətində istifadə olunan hər bir nəqliyyat vasitəsinin damında mütləq sarı rəngli taksi fənəri olmalıdır. Amma taksilərdə bu fənərləri də görmürük”.

Rüya tabirlerini burdan oku

Bəs rüsumların artırılması ilə bağlı taksi sürücülərinin düşüncələri necədir?

Metbuat.az-a açıqlamasında “Bolt” taksi xidmətinin sürücüsü Etibar Həşimov bildirdi ki, əgər qiymətlər qalxsa, müştərilərə də münasibət dəyişə bilər.

Bir neçə aydır həm “Uber”, həm də “Bolt” taksi xidmətində sürücü kimi çalışan Anar Ağayev isə hesab edir ki, qiymətlərin qalxması sifarişlərə də təsir edib:

“Sifarişlər azalıb, bəzən müştərilər narazılıq edirlər, yayda kondisioner olmadan maşın sürmək çətindir. Benzin çox yanır, biz də adi tariflə işləyə bilmirik. Elə müştərilər var ki, ödənişi artıqlaması ilə verirlər. Bəziləri isə 10 qəpiyə görə söz-söhbət edib, ödənişi düzgün etmədən maşından düşür. Bu yaxınlarda bir vətəndaş 50 qəpik yerinə, İran rialı vermişdi, fikirli olmuşam və sonradan baxıb gördüm ki, heç bizim pula çevirəndə 1 qəpik belə etmir. Həm kart, həm nağd sifarişlə işləyirik. Şirkətdə VÖEN-im aktivdir, ümid edirəm rüsumların qalxması bizim də maddi vəziyyətimizin yaxşılaşmasına təsir edəcək”.

Məlumat üçün bildirək ki, yeni qaydalarla bağlı özəl daşıyıcı şirkətlər artıq hazırlıqlara başlayıblar. Bu məlumatı sürücülər də təsdiq ediblər. Onlar şirkətlər tərəfindən sənədləşmə işlərinin başladıldığını qeyd etdilər.

Xatırladaq ki, qaydalar oktyabrın birindən qüvvəyə minəcək.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rüsumlar #artırıldı #xidmətin #keyfiyyəti #də #artacaqmı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu