Rutte Ukraynaya hərbi dəstəyi artırmağa çağırdı
Ukraynanın müharibəni bitirmək üçün sülh prosesinin necə olması barədə məsləhətlərə yox, danışıqlar masasına güclü oturmaq hərbi dəstəyə ehtiyacı var.
BEY.AZ xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə deyib. Rutte, Belçikanın paytaxtı Brüsseldə NATO xarici işlər nazirləri toplantısından əvvəl mətbuata açıqlama verib. O bildirib ki, Ukraynaya sursat dəstəyinin artırılması vacibdir. Ukraynaya dəstəyin artması ilə Kiyevin mümkün sülh danışıqlarında güclü mövqedə ola biləcəyini qeyd edən Rutte bildirib ki, NATO Ukraynanı nə qədər güclü dəstəkləsə, onların əlləri danışıqlar masasında bir o qədər güclü olacaq.
Rutte Ukraynada sülhün təmin edilməsi üçün müvəqqəti olaraq bəzi ərazilərin Rusiyaya verilməsi ilə müzakirələrə, “Mən iddia edirəm ki, Ukraynanın sülh prosesinin necə ola biləcəyi ilə bağlı daha çox fikrə ehtiyacı yoxdur” – deyə münasibət bildirib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |