fbpx

Rza Pəhləvi niyə İsrailə gedir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu vəliəhd şahzadə Rza Pəhləvi İsrailə səfər edəcək.

Səfər barədə fikirlərini Metbuat.az-a danışan politoloq Turan Rzayev bildirdi ki, burada üç əsas məqam diqqət çəkir:

“Birincisi, Rza Pəhləvinin İsrailə səfərinin məhz Holokost qurbanlarının Beynəlxalq Anım Gününə təsadüf etməsidir. Onun rəsmi açılış mərasimində iştirak edəcəyi bildirilib. İkincisi, Rza Pəhləvi səfər çərçivəsində İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin ilə görüşəcək. Üçüncüsü, Rza Pəhləvi bəhai dini icmasının üzvləri və yəhudi-iran icması ilə görüşəcək. İrandakı aksiyalar fonunda keçmiş şah Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi və anası Fərəh Pəhləvi kifayət qədər aktivləşib. Tez-tez efirlərə çıxan ikili İranın gələcəyi, demokratik dəyərlər, insan haqları və s. məsələlər ətrafında fikirlərini tirajlayır. Qərbin özü də Rza Pəhləviyə media və siyasi dəstək verir. Onun bir müddət öncə Vaşinqtonda forum keçirməsi və Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi də bunu təsdiqləyir”.

Rüya tabirlerini burdan oku

Qərbin İrandakı etirazları diqqətlə izləyib analiz etdiyini xatırladan ekspert deyir ki, etiraz aksiyaları fonunda İranda rejim dəyişikliyi Qərbin alternativləri sırasındadır.

“Bunu bilən Rza Pəhləvi də İranda hakimiyyəti yenidən ələ almaq və monarxiyanı restavrasiya etmək üçün fürsətləri dəyərləndirir. Rza Pəhləvinin indiki məqamda İsrailə səfər etməsi, kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin ilə görüşməsi ciddi hadisədir. Məsələ ondadır ki, Təl-Əviv Rza Pəhləvi ilə yaxından maraqlanır və onun üzərindən İranı zəiflətməyə çalışır. Pəhləvi uzun müddətdir, İranın xaricdəki müxalif qrupları birləşdirməyə və vahid lider kimi rejimlə mübarizə aparmağa çalışır. Pəhləvi tərəfdarları onun yenidən canlandırılan monarxiyaya rəhbərlik etməsini, digər fəallar isə 1979-cu il inqilabında vəliəhd şahzadənin atasını devirən şiə din xadimlərinin rəhbərlik etdiyi avtoritar islamçı respublikanın yerinə yeni bir respublikanın yaradılmasını istəyirlər. O isə islam respublikasını əvəzləyən yeni bir sistem təklif edir, seçilmiş monarx mövqeyi yaratmağa çalışır”.

Turan Rzayev qeyd etdi ki, hələlik Pəhləvi buna tam nail olmasa da, görünür, bu cəhdi İsrailin, xüsusilə də kəşfiyyat rəhbəri Gila Qamlielin diqqətini çəkib.

“Rəsmi Təl-Əviv başa düşür ki, İranla mübarizə aparmaq istəyirsə, ona İran cəmiyyətinə təsir edə biləcək real sima lazımdır. İsrail Rza Pəhləvinin tərəfdarlarından İranın strateji məntəqələri haqda kəşfiyyat materialları əldə etmək üçün də istifadə edə bilər. Rza Pəhləvinin İsrailə səfər etməsi və Təl-Əvivlə təmasları gücləndirməsi Güney Azərbaycanın müqəddəratını təyin etməsi üçün ciddi risklər yaradır. Məsələ ondadır ki, İranın zəiflədilməsi fonunda gündəmə gələn ən önəmli ssenarilərdən biri İranın bir neçə ölkəyə parçalanmasıdır. Bu ssenari çərçivəsində Güney Azərbaycan da müstəqillik əldə edə bilər. İsrailin Rza Pəhləvi ilə danışıqlara getməsi Güney Azərbaycanın öz müqəddəratını təyin etməsinə maneə təşkil edə bilər. Güney Azərbaycan nümayəndələri də bu mənada Rza Pəhləvi ilə paralel İsraillə danışıqlara getməli, onun təkbaşına İranda hakimiyyətə yiyələnməsinə mane olmalıdır. İstər pəhləvilər, istərsə də molla rejimi Güney Azərbaycan üçün müsbət gələcək vəd etmir. Güney Azərbaycan öz müqəddəratını təyin etməli, bu istiqamətdə İsraillə əməkdaşlığa da getməlidir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rza #Pəhləvi #niyə #İsrailə #gedir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu