fbpx

Sədr çempionatdakı mübahisəli epizodları şərh etdi

Rüya Yorumları burda


AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turunun oyunlardakı mübahisəli epizodları şərh edib.

BEY.AZ-ın məlumatına görə, o, ilk olaraq “Turan Tovuz”un “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldiyi matça toxunub.

Blekere hər kontaktın qayda pozuntusu olmadığını bildirib:

“13-cü dəqiqədə cərimə meydançasının daxilində “Turan Tovuz”un oyunçusu Denis Marandiçi və “Kəpəz”in futbolçusu Nicat Süleymanov arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un üzvünün sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etmədi. Hər kontakt qayda pozuntusu deyil. Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR mudaxiləsi edilmir”.

O, sözügedən qarşılaşmanın 15-ci dəqiqəsindəki epizod haqqında bunları söyləyib:

Rüya tabirlerini burdan oku

“Turan Tovuz” komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və bu hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusunun olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi. 56-cı dəqiqədə isə “Turan Tovuz”un kapitanı Kristian da Silva top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusuna yol verdi. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaqla düzgün etdi. Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır – qayda pozuntusu açıq-aşkar və düşüncəsiz tərzdə olmalıdır (“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı)”.

AFFA Hakimlər Komitəsinin sədri “Qarabağ”ın “Şamaxı”ya üç cavabsız qolla qalib gəldiyi matçın 48-ci dəqiqəsində yaşanan epizodla bağlı bunları vurğulayıb:

“Hakim “Qarabağ” komandasının lehinə penalti qərarı verdi. VAR görüntüləri izlədi və hakimin qərarını təsdiqlədi. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi”.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu