Səfirlik İsraildə həlak olan Azərbaycan yəhudilərinin ailələrinə başsağlığı verdi
Azərbaycan səfirliyi HAMAS-ın hücumu nəticəsində öldürülən Azərbaycan yəhudilərinin ailələrinə başsağlığı verib.
BEY.AZ xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib:
“Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi ikisi Azərbaycan vətəndaşı olmaqla səkkiz azərbaycanlı yəhudinin faciəvi şəkildə həlak olmasından kədərlənir. Fikirlərimiz qurbanların ailələrinin və yaxınlarınıən yanındadır”, paylaşımda qeyd olunub.