fbpx

“Səfirliyin rəhbərsiz qalması Fransanın Azərbaycandan çıxması sayıla bilərdi”

Rüya Yorumları burda

Xəbər verdiyimiz kimi, Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.

Aprelin 16-da Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılan diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib. Analitiklər düşünür ki, yenidən Bakıya qayıdan səfirin hansı tapşırıqlar alması bəlli olmasa da, görünür, Fransa rəsmi Bakıya qarşı yürütdüyü siyasətdə dəyişiklik edib.

Bununla bağlı millət vəkili Aydın Mirzəzadə BEY.AZ-a açıqlamasında bildirib ki, Fransanın səfirini yenidən Bakıya göndərməsi Makronun geri addım atması deməkdir:

“Fransa aprelin ortalarında Bakıdakı nümayəndəsini geri çağırmaqla, Azərbaycana təzyiq etməyə, bəlkə də Avropa ölkələrinin də eyni addım atmasına çalışırdı. Amma görünən odur ki, bu hərəkat Fransanın siyasi imicinə zərər vurdu, onun Cənubi Qafqazdakı mövqelərini zəiflətdi. Çünki Cənubi Qafqaz ilk növbədə Azərbaycan deməkdir. Ərazinin iqtisadiyyatın əhəmiyyətli hissəsi Azərbaycandır və onun burada diplomatik nümayəndəsinin olmaması Fransanın maraqlarına ciddi zərbə vurur”.

Rüya tabirlerini burdan oku

Rəsmi Parisin Bakı ilə münasibətləri pisləşdirmək üçün maksimum səylər göstərdiyini xatırladan deputat qeyd edib ki, səfirliyin faktiki olaraq rəhbərsiz qalması Fransanın Azərbaycandan tamam çıxması demək olardı.

“Görünür, Azərbaycanın beynəlxalq birlikdəki nüfuzu Fransanı dərindən düşünməyə, ilkin niyyətindən əl çəkməyə məcbur edir. İstərdik ki, Fransa Azərbaycana qarşı obyektiv mövqe tutsun, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsini və qətiyyətini qiymətləndirsin. Belə olan təqdirdə, Fransa Ermənistandan daha çox erməni olmaq niyyətindən əl çəkə bilərdi. Əgər bu baş verərsə, münasibətlərimiz əvvəlki vəziyyətinə qayıda, hətta daha da dərinləşə bilər. Ümumiyyətlə, səfirin geri qayıtmasını Fransanın reallığı qəbul etməsi kimi qiymətləndirmək olar”,- deyə Aydın Mirzəzadə qeyd edib.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu