fbpx

Şəhid ailəsinin evinə basqın edildi



Salyan rayonunun Sarvan kəndində evlərin birində oğurluq hadisəsi baş verib.

BEY.AZ Unikal.az-a istinadən xəbər verir ki, naməlum şəxs axşam saat 22:00 radələrində şəhid Cavad Asif oğlu İsmayılovun ailəsinin evinə basqın edib.

Nəticədə şəxs evdən 1000 azn və qızıl-zinət əşyalarını oğurlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olmuş Cavad Asif oğlu İsmayılov 2020-ci ilin dekabr ayında idarə etdiyi “KamAZ” markalı yük maşının minaya düşməsi nəticəsində həlak olub.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin