Şəkidə 41 yaşlı kişi qətlə yetirilib
Şəkidə 41 yaşlı kişi qətlə yetilirb, hadisəni törədən şəxs polisə təslim olub.
BEY.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.