Şəmkirdə usta işlədiyi evdə öldü
Şəmkirdə usta işlədiyi evdə ölüb.
BEY.AZ xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İlkin ehtimala görə, A.Heydərov ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.