fbpx

​Sərhədlər açılsa, dollar ucuzlaşacaq?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol

BEY.AZ informasiya agentliyi xəbər verir


Mərkəzi Bankın həyata keçirdiyi siyasət onu deməyə əsas verir ki, yaxın zamanlarda dolların kursunda hər hansı dəyişiklik olmayacaq.

BEY.AZ axar.az-a istinadən xəbər verir ki, bunu iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə quru sərhədlər açıldıqdan sonra Azərbaycanda dolların bahalaşacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Ekspert bildirib ki, Mərkəzi Bank manatı sabit saxlamağa çalışır:

Rüya tabirlerini burdan oku

“Mərkəzi Bank dolların kursunu sabit saxlamaq yönündəki siyasətindən imtina etməyəcəyini bəyan edib. Çünki Azərbaycanın idxalatının önəmli hissəsi dollarladır. Dolların Azərbaycan manatı qarşısında dəyər qazanması idxalı bahalaşdırar. Həm də bu, ölkədə istehsal olunan məhsulların maya dəyərinin artmasına gətirib çıxarar. Odur ki, AMB dolların kursunu sabit saxlamaqda maraqlıdır”.

O, yayılan şayiələrin heç bir iqtisadi və siyasi əsası olmadığını vurğulayıb:

“Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var ki, AMB bu siyasətini uzun müddət davam etdirə bilsin. Yəni Azərbaycanın dollar ehtiyatı problemi yoxdur. Mərkəzi Bankın valyuta rezervləri, təxminən, 10 milyard dollara yaxındır. Düzdür, onun bir hissəsi başqa valyutalardır. Amma böyük əksəriyyəti dollardır. Digər valyuta ehtiyatlarımız isə Neft Fondundadır. Neft Fondunun aktivləri bu ilin rəqəmlərinə görə, təxminən, 55 milyardı keçib. Birlikdə Azərbaycanın valyuta ehtiyatları 65 milyarda doğru gedir, pul bazası isə təxminən, 18 milyard manata yaxındır. Ona görə, dolların kursunun yüksəlməsinə nə iqdisadi, nə də siyasi əsas var”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sərhədlər #açılsa #dollar #bahalaşacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu