Sərnişin avtobusu qəza törətdi – Ölən var
Lənkəranda sərnişin avtobusu qəza törədib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BEY.AZ-a verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.