Şərurda qətlə yetirilən şəxs kriminal avtoritetin qardaşı imiş
Ötən gün Şərurda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
BEY.AZ “Apa”ya istinadən xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.
İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.
Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə “Dana Vüqar” kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.