fbpx

Səudiyyə Ərəbistanı İsrailə çağırış etdi



Fələstin dövləti üçün həll yolu tapılmadan İsraillə normallaşma mümkün deyil.

BEY.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan belə açıqlama verib. O bildirib ki, problemin həlli üçün iki dövlətli həll yolu həyata keçirilməlidir. Nazirin sözlərinə görə, fələstinlilərin öz müqəddəratını təyin etmə hüququ təmin edilməlidir. Faysal bin Farhan bəyan edib ki, İsrailin yeni tələbləri Qəzzada atəşkəs danışıqlarını dəfələrlə iflasa uğradıb. Nazir Qəzzada atəşkəsin tətbiq edilməsinə çağırıb.

Qeyd edək ki, Qətərdə İsrail ilə HƏMAS arasında danışıqların bərpa edilməsi üçün müzakirələr aparılır. Danışıqların bərpa edilməsindən sonra tərəflər atəşkəs və əsirlərin mübadiləsini müzakirə edəcək.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin