Şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik
Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.
BEY.AZ bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcəyini bildirib.
Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə ölkədə yeni yaradılacaq sığorta məlumat mərkəzinə diqqət çəkib. Bildirib ki, bu sahədə Türkiyə təcrübəsindən yararlanmaq sektor üçün yeni imkanlar formalaşdıracaq.
Ziya Əliyev əlavə edib ki, mərkəz fəaliyyətə başlayandan sonra sığorta bazarına onlayn şəkildə nəzarət etmək imkanları da yaranacaq.
Daha ətraflı Xəzər TV-nin sujetində:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.