fbpx

“Səbəb bu deyil” – İşdən çıxarılan xanım maşinist DANIŞDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Metbuat.az Pravda.az-a istinadən xəbər verir ki, G.Həbibli işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışması barədə deyilənlərə belə cavab verib:

“Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.

Rüya tabirlerini burdan oku

O, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu” açıqlaması ilə də razılaşmayıb: “Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o… Nə deyim?”

Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Səbəb #deyil #İşdən #çıxarılan #xanım #maşinist #DANIŞDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu