fbpx

Səfərbərlikdən yayınmaq istəyən rusiyalılarla bağlı daha bir qorxunc görüntü – VİDEO

Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan olunandan sonra müharibəyə getmək istəməyənlərin bir qismi çarəni ölkədən qaçmaqda görür, digərləri özlərini psixi xəstəliyə vurur, bəziləri isə daha radikal yola əl ataraq özlərinə müxtəlif xəsarətlər yetirirlər.

BEY.AZ xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı müxtəlif görüntülər yayılır. Belə videoların birində gəncin öz yaşıdının köməyi ilə qolunu sındırdığı əks olunub.

Qeyd edək ki, qismən səfərbərlik barədə qərardan sonra Rusiya Prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Qanun həmçinin xəstəlik göstərərək, özünü şikəst etməklə, sənədləri saxtalaşdırmaqla və ya digər saxtakarlıqla vəzifə borcunu yerinə yetirməkdən imtina edən hərbçiyə beş ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

Bununla belə, sosial şəbəkələrdə özünə xəsarət yetirməklə bağlı videolar yayılmaqda davam edir. Belə görünür, rusiyalı gənclər müharibəyə getməkdənsə həbsdə yatmağa üstünlük verirlər.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin