Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib
İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış edib.
Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
“Azərbaycan vətəndaşlarının nəzərinə – İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”, – paylaşımda qeyd edilib.
Azərbaycanın İsraildəki səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82