fbpx

Səfirliyə edilən hücumun arxasında kim ola bilər?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İranda səfirliyimizə silahlı basqının edilməsi sıradan bir hadisə olmadığını hesab edirəm. Çünki İranın xüsusi xidmət orqanları dünyada baş verən prosesləri izləmək iqtirında olduğu halda öz ölkəsində baş verən bu hadisə haqqında xəbərinin qabaqacadan bilməməsi heç də məntiqli görünmür”.

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Azər Badamov deyib. Deputat səfirliyə edilən hücumun beynəlxalq konvensiyaları saymamaq olduğunu bildirib.

“Ermənistan belə hücumları digər ölkələrimizdəki səfirliklərimizə qarşı da törətmişdi. Düşünürəm ki, bu hücumun arxasında yenə ermənilər dayanır. Ermənilər yerli orqanların dəstəyi olmadan nə isə bir şey edə biləcəyini düşünmürəm. Səfirliklərə hücumlar düşmənlərimizin acizliyin göstəricisi hesab edirəm. Əgər sizin o qədər cəsarətiniz çatırsa bir neçə əməkdaşımızın yerləşdiyi səfirliklərimizə hücumun əvəzinə döyüş meydanında əsgərimizlə üz-üzə gəlin”.

Rüya tabirlerini burdan oku

Azər Badamov xüsusilə qeyd edib ki, törədilən hər bir cinayətin cavabı olacaqdır.

“İranda bu hadisənin silahlı şəkildə baş verməsi çoxlu suallar yaradır. Hesab edirəm ki, İranın rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycana hesabat verməlidir. Səfirliklər yerləşdiyi ölkənin dövlət orqanları tərəfindən qorunmalıdır. Ona görə də silahlı basqınla bağlı rəsmi Tehranın açıqlamasını gözləməliyik və ondan sonra nə etməli olduğumuzu düşünməliyik. Allah qəhrəmancasına həlak olmuş əməkdaşımıza rəhmət eləsin, xəsarət alanlara da tezliklə sağalmaqlarını diləyirəm”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Səfirliyə #edilən #hücumun #arxasında #kim #ola #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu