fbpx

Səfirliyimizə hücum edənlər kimlərdir və nə istəyirlər?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Bəs səfirliyimizə hücum edənlər kimlərdir və nə istəyirlər?

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Bu gün Azərbaycanın Londondakı səfirliyinə hücum edən “Mehdinin qulluqçuları” təşkilatının lideri Şeyx Yasir əl-Həbib 1979-cu ilin 20 yanvarında Küveytdə anadan olub.

Rüya tabirlerini burdan oku

o, antisünni baxışlara malik şiə üləması və Londonda fəaliyyət göstərən “Xoddam əl-Mehdi” təşkilatının rəhbəri, həmçinin Fulmerdə, Bakinhempşirdə “əl-Mühasin” məscidlərinin başçısıdır. Əl-Həbibinin yazdığı əsərlər həm şiə, həm də sünni mənbələrinə əsaslanır və İslam tarixinə aiddir.

O, öz dini fəaliyyətini Küveytdə, “Dava” partiyasının üzvü kimi başlayıb, daha sonra “Xoddam əl-Mehdi” adlı dini təşkilat yaradıb. Əl-Həbibi İslam peyğəmbərinin əshabələri olan Əbubəkr və Ömərə qarşı kəskin tənqidi görüşlər irəli sürür. Şeyxin bu tənqidi fikirləri Küveydə sünni məshəbinə etiqad edənlərdə kəskin hiddət doğurub və onun həbsinə səbəb olub.

2004-cü ildə illik əfvetmə kampaniyasında Küveyt əmiri tərəfindən əfv edilərək azadlığa buraxılan əl-Həbibini bir neçə gündən sonra yenidən həbs etmək istəyiblər, ancaq o, qiyabi olaraq 10 illik həbsə məhkum edilməzdən az öncə Küveytdən qaçıb, bir neçə ay İraqda və İranda gizlənib, daha sonra Birləşmiş Krallığa yerləşib və hazırda da orada yaşayır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu