Şəhid Elgün Abbaslının ailəsindən türk şəhid anasına anlamlı yardım
BEY.AZ informasiya agentliyi xəbər verir
Vətən müharibəsi şəhidi Elgün Abbaslının şəkili olan bağlama Malatyada zəlzələdən zərərçəkən şəhid ailəsinə çatdırılıb.
Metbuat.az TRT Avaz-a istinadən xəbər verir ki, bağlamanı alan həmin şəxs Hakkaridə şəhid olan Cevdet Şişmanın anası Ayşe Şişman olub.
Belə ki, Azərbaycandan Türkiyəyə yardım daşıyan yük maşınının sürücüsü “Türkiyədə şəhid anasına veriləcək” qeydi ilə olan bağlamanı Afət Təcili Yardım İctimai Birliyinə verib. Bağlama şəhid anasına çatdıqdan sonra Ayşe Şişman dərhal qutunun içindəkiləri – paltoları, uşaq paltarlarını və şokoladları uşaqlara paylayıb.
75 yaşlı şəhid anası bağlamanın üzərindəki şəhid əsgərin şəklini görəndə çox təsirləndiyini bildirib: “Qutudakı şəkil mənə bəs etdi, dünyam oldu. Bu şəkli Cevdətimin yanına qoydum”.
Azərbaycanlı şəhid Abbaslının indi onun da oğlu olduğunu deyən Şişman sözlərinə belə davam edib: “Bunu göndərəndən Allah razı olsun, məni sevindirdi, Allah onu sevindirsin. Övladının yeri nur olsun,övladı mənim də övladımdır. O, məni başa düşür, mən də onu. Bizi başqa heç kim başa düşə bilməz. Ancaq yaşayan bilir. Bu bağlama gəldi, şəkli gördüm, zəlzələni unutdum” .
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində vuruşub. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Elgin Abbaslı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəhid #Elgün #Abbaslının #ailəsindən #türk #şəhid #anasına #anlamlı #yardım