Şəhid Hüseyn Nəcəfzadə də dəfn edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant 1997-ci təvəllüdlü Hüseyn Abbasqulu oğlu Nəcəfzadə Abşeronda dəfn edilib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, 25 yaşlı şəhidimizin nəşi yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə gətirilib.
Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək, son mənzilə yola salıblar.
Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Vida mərasimində rayon rəhbərliyi, H. Nəcəfzadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.
Qeyd edək ki, şəhid baş leytenantın oktyabrın 11-də toyu olacaqdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.