fbpx

Şəhid Təbriz Cüməzadəyə həsr olunmuş filmin təqdimatı reallaşdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti sənədli filmini təqdim edib.

Bu barədə Metbuat.az-a QHT-nin mətbuat xidmətindən məlumat verilib.

Təqdimat mərasimini giriş sözü ilə açan İMD-nin sədri Emil Əkbərov Şəhidimizin ailə üzvlərinə başsağlığı verib və dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib:

“Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cüməzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cüməzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində həlak olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub”.

Daha sonra QHT sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov çıxış edərək Şəhidlərlə bağlı filmlərin çəkilişinin olduqca vacib olduğunu deyib.

Şəhid Təbriz Cüməzadənin atası İldırım Cüməzadə çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edib.

Sonra tanıtım filmi geniş ictimaiyyətə təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəhid #Təbriz #Cüməzadəyə #həsr #olunmuş #filmin #təqdimatı #reallaşdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin