fbpx

Səhiyyə naziri Vətən müharibəsi zamanı yaralanan veteranlarımızı ziyarət edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Səhiyyə naziri Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində bərpa-müalicə xidmətlərindən yararlanan Vətən müharibəsi veteranlarını ziyarət edib.

Metbuat.az Nazirliyə istinadən xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə Teymur Musayev 44 gün davam edən Vətən müharibəsinin təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini bildirdi.

O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldığını vurğuladı.

Rüya tabirlerini burdan oku

Nazir şəhid ailələrinə və veteranlara qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Onun sözlərinə görə, xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anır: “Hər birimiz Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borcluyuq. Eyni zamanda, Qələbəni əsgər və zabitlərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Bizə bəxş etdiyiniz bu qələbəyə görə Sizə minnətdarıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu