Səhiyyə sektorunda uğurlu gənc iş xanımı Azadə Qədirova təltif olundu
BEY.AZ informasiya agentliyi xəbər verir
Sağlam və gözəl görünmək hər kəsin haqqıdır. Müasir kosmetologiyada əksər prodsedurlarda qeyri-invaziv metodlarla daha ideal nəticələr əldə olunur. “Legacy Aesthtetic by Azada” bu gün ölkəmizdə bu şərtləri ödəyən və estetik tibb sahəsinə yeni standratlar gətirən mərkəzdir. Mərkəz, sağlamlıq və gözəllik mütəxəssisi Azadə Qədirova tərəfindən təsis olunub.
Səhiyyə sektoru üzrə menecer, iş xanımı Azadə Qədirova orta təhsilini başa vurduqdan sonra Bakı Biznes Universitetində “Biznesin idarə edilməsi” üzrə ali təhsil alır. İdarəetmənin səhiyyə sektoruna üstünlük verən Azadə Qədirova Türkiyənin Atatürk Universitetində səhiyyə menecmentiliyi üzrə təkmilləşir. 2017-ci ildən səhiyyə sektorunun idarə edilməsi yönündə fəaliyyət göstərən gənc iş xanımı 2018-ci ildə dünya miqyasında tanınan “Venus Legacy 4D” professional estetik texnologiyası ilə Azərbaycanda natural bədən formaları və üz gəncləşmə proseduraları icra edərək minlərlə xanıma xidmət etdi. 5 ildən artıq bu sahədə uğurla fəaliyyət göstərən Azadə Qədirova 2022-ci ildə ən son müasir texnologiyaları bir araya gətirərək “Legacy Aesthetic” mərkəzini qurdu. Beləliklə ölkəmizdə daha bir müasir mərkəz açılmış oldu.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Legacy Aesthtetic by Azada” peşəkar qeyri-invaziv estetik tibbi texnologiyaların ölkəmizdəki mütəxəssisi qismində çıxış edir. Mərkəz hər biri Amerika FDA sertifikatı ilə təsdiq olunan cihazların ölkəmizdə fəaliyyətini təmin edir. Burada heç bir cərrahi prosedur, inyeksiya tətbiq edilmədən, təbii incəlmə, bədən korreksiyası, dəriyə qulluq, qeyri-invaziv kök hüceyrə işləmi, dərinin qidalanması və bərpası, bədən əzələlərinin formalaşdırılması, neocollagen tətbiqi, nanotexnologiya ilə üz gəncləşdirmə və anti-aging yaşlanmaya qarşı yüksək texnologiyalarla xidmətlər göstərir. Mərkəzdə “BTL” firmasının istehsalı olan “Emsculpt” texnologiyası dünyada əzələ yaradan yeganə texnologiyadır. Eyni zamanda bütün dünyada ginekoloqlar tərəfindən təsdiqlənmiş, zəifləmiş çanaq diblərinin qeyri cərrahi üsulla bərpası “BTL Emsella” texnologiyası vasitəsilə məhz “Legacy Aesthtetic” sağlamlıq və gözəllik mərkəzində həyata keçirilir.
Peşəkar mütəxəssis Azadə Qədirova öz fəaliyyətindən danışarkən qeyd edir:
“Məqsədimiz 21-ci əsrin texnologiyalarının inkişafı dövründə pasientlərin təbii gözəlliyini qoruyub saxlamaq və gənc qalmalarını təmin etməkdir. İş xanımı və sağlamlıq üzrə mütəxəssis olaraq ölkəmizdə müasir qeyri-invaziv kosmetologiya və təbii gəncləşmə üsullarını ilk tətbiq edənlərdən olduğum üçün qürur duyuram”.
Qeyd edək ki, bu gün texnologiyanın gəldiyi nöqtə etibarilə tibb sektorundakı yeniliklərə açıq olan “Legacy Aesthtetic by Azada” Venus Consept və “BTL Aesthteic” beynalxalq sertifikatları əsasında fəaliyyət göstərir.
Azadə Qədirova 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Health and Beauty Expert” nominasiyasına layiq görülüb
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.