fbpx

Şəhriyar Məmmədyarov qrupda sonuncu oyununu keçirəcək

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirəcək.

Metbuat.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı sonuncu – VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Məmmədyarov yalnız qələbə qazanacağı təqdirdə qrup lideri ola biləcək. Məmmədyarov əvvəlki 5 turda heç-heçə edib. D qrupunun digər oyununda çinli Yu Yanqyu rusiyalı Aleksandr Predke ilə görüşəcək.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu