BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyada keçirilən FİDE Qran-prisində ilk qələbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, ötən gün baş tutan 4-cü turda Məmmədyarov almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Görüş 63-cü gedişdə Şəhriyarın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub.

Qeyd edək ki, 37 yaşlı qrossmeyster birinci turda keçirdiyi hər üç oyunda heç-heçə edib. Hazırda Məmmədyarovun aktivində 2,5 xal var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol