fbpx

Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Q.Qasımovun yaşadığı ünvana baxış keçirilən zaman isə evin zirzəmisində gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb.

Rüya tabirlerini burdan oku

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb.

Belə ki, Q.Qasımovun şəhər ərazisində yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı da müəyyən edilib. O, ifadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu