Şəkidə respublika toxum sərgi-satış yarmarkası keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayıb. Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, yarmarkada Aqrar Xidmətlər Agentliyi (AXA), Dövlət Toxum Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), “Aqroservis” ASC, Aqrar Sığorta Fondu (ASF), Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Yarmarkanın açılış mərasimində çıxış edən Şəki şəhər icra hakimiyyəti başçısı Elxan Usubov bildirib ki, aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Son illər aqrar sahənin inkişafına dair bir çox mühüm işlər görülüb. Ümumiyyətlə isə əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq aqrar sektorda inkişaf davamlı tendensiyaya çevrilib.
Sonra çıxış kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi bu ildə respublikanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası bu il Şəki, İsmayıllı, Quba, Ağcabədi, Sabirabad, Cəlilabad və Hacıqabul və digər rayonlarda təşkil ediləcək.
Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.
Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Sərgidə dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub. Növbəti sərgi-yarmarkası avqustun 20-də İsmayıllıda təşkil olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.