Şəkidə selin yollarda yaratdığı fəsadlar aradan qaldırıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.
Metbuat.az xəbər verir ki, yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
Aparılan işlər çərçivəsində rayonun Aydınbulaq, Aşağı Daşağıl, Şirinbulaq, Əlyar, Cəyirli və Qozlubulaq kəndlərində avtomobil yollarında sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, sözügedən yolların hər birində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəkidə #selin #yollarda #yaratdığı #fəsadlar #aradan #qaldırıldı