Şəkidə sirkə turşusu içən sərxoş kişi öldü
BEY.AZ informasiya agentliyi xəbər verir
Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb.
Metbuat.az xəbər verir ki, hadisə avqustun 18-də rayon ərazisində qeydə alınıb.
Belə ki, Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.
Həmin zaman evdə olan ailə üzvləri tərəfindən o, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, T.Bilalov avqustun 19-u saat 01 radələrində həmin xəstəxanada ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəkidə #sirkə #turşusu #içən #sərxoş #kişi #öldü