fbpx

​Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Sentyabrın 30-da YARAT Müasir İncəsənət Mərkəzində tanınmış hərbi diktor Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq.

Metbuat.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək. Görüşdə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsi kontekstində peşəkar musiqi sənətimizin təbliği, eləcə də, hərbi mövzuda yazılan musiqi əsərlərinin, opera və teatr tamaşalarının rolu istiqamətində yaradıcı sənayenin inkişafından bəhs edəcək.

Tədbir müddətində həmçinin “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli ideologiya”, “Hərbi-vətənpərvər nəğmələrin təbliği və gənclərin tərbiyəsindəki rolu” və “Şanlı Azərbaycan ordusu: dünənimiz, bugünümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının ifasında ən sevilən nəğmələr, həmçinin gənc musiqiçilərin ifasında hərbi vətənpərvərlik mahnıları təqdim ediləcəkdir.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/lsA04





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəmistan #Əlizamanlı #ilə #gənclərin #görüşü #baş #tutacaq

Bir Cevap Yazın

Başa dön tuşu