Şəmkir hərbi prokuroru vəzifəsinə təyinat olub
BEY.AZ informasiya agentliyi xəbər verir
ərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Baş prokuror əmr imzalayıb. Əmrə əsasən, İlham Babayev Şəmkir hərbi prokuroru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ədliyyə polkovnik-leytenantı İlham Babayev 2008-ci ilin sentyabr ayından Prokurorluq Orqanlarında qulluq keçir. O, Qazax hərbi prokurorunun köməkçisi, Qazax hərbi prokurorluğunun müstəntiqi, Bakı hərbi prokurorluğunun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi və böyük müstəntiqi vəzifələrində qulluq keçib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəmkir #hərbi #prokuroru #vəzifəsinə #təyinat #olub