fbpx

Şəmkirdə evdə yanıb – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Şəmkir şəhəri, S.Əsgərova küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində qısa zamanda yanğın söndürülərək daha geniş sahəyə yayılmasına, habelə bitişik evə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli üçotaqlı evin 2 otağının, dam örtüyünün yanar konstruksiyaları 100 kv.m. sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin