fbpx

Şəmkirdə mikroavtobus qəzaya düşdü – Xəsarət alanlar var

BEY.AZ informasiya agentliyi xəbər verir


Şəmkirdə mikroavtobus maneə çırpılıb, xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.

“QAZel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər – 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.

Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəmkirdə #mikroavtobus #qəzaya #düşdü #Xəsarət #alanlar #var

Bir Cevap Yazın

Başa dön tuşu